Nicat Abasov Dünya Kubokuna vəsiqə qazandı
14.03.2023 - 15:38
![Nicat Abasov Dünya Kubokuna vəsiqə qazandı](https://ww3.apasport.az/storage/news/2023/march/14/big/64105cc43028d64105cc43028e167879392464105cc43028b64105cc43028c.jpg)
Serbiyanın Vrnyaçka Banya şəhərində kişilər arasında şəxsi Avropa çempionatı keçirilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan şahmatçılarından Nicat Abasov 11 oyundan 7,5 xal toplamaqla 17-ci yeri tutub.
O, bu nəticə ilə Dünya Kubokuna vəsiqə əldə edib.
Digər təmsilçimiz Əhməd Xaqan reytinqini artıraraq FİDE ustası titulunun normativini yerinə yetirib.
0
0