![Nicat Abasov növbəti görüşünü keçirib](https://ww3.apasport.az/storage/news/2024/april/16/big/661df616cbbf7661df616cbbf81713239574661df616cbbf5661df616cbbf6.jpeg)
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, X turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələn 28 yaşlı qrossmeysterimiz məğlub olub - 0:1.
Hər iki şahmatçı arasında keçirilən əvvəlki görüşdə heç-heçə qeydə alınmışdı.
Bu nəticədən sonra Abasov turnir cədvəlində 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Nakamura isə 5,5 xalla 3-5-ci yerləri bölüşdürür.
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
- 2 qadın güləşçimiz yarımfinala yüksəlib
- "Milan" "Çelsi"nin ulduz futbolçusunu icarəyə götürməyi planlaşdırır
- Mourinyu "Roma"dan ancaq bu 2 kluba görə gedəcək
- Dünya çempionatının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
- Kamerun Braziliyaya qalib gəldi, İsveçrə də 1/8 finalda - YENİLƏNİB