“Çelsi”nin futbolçusu Pyer-Emerik Obameyanq karyerasını MLS-də davam etdirməyə qərar verib.
Apasport.az saytının məlumatına görə, qabonlu hücumçu Şimali Amerikaya yollanmağı yeganə çıxış yolu kimi görür.
Məsələ ondadır ki, Obameyanq “Çelsi”dən getmək niyyətindədir. Mövsümə “Barselona”da başlayan forvard FİFA qaydalarına görə Avropada üçüncü kluba keçə bilmir. Onun yenidən İspaniya təmsilçisinə qayıdışı da baş tutmayıb.
Bu üzdən Pyer-Emerik okeanın o tayına yollanmağa üstünlük verib. Onun xidmətində “Los-Anceles” maraqlıdır.
Qeyd edək ki, Obameyanq cari mövsümdə La Liqada 1, Premyer Liqada 11 matça çıxıb. O, “Çelsi”də 1 qol vurub.
- “Sabah” daha bir futbolçu ilə danışıqlara yekun vurub
- Elvin Məmmədov böyük futbola qayıtdı: "Dostuma kömək etmək istədim" - Müsahibə
- Bir qrup idmançı və idman mütəxəssisi təltif edilib - SƏRƏNCAM
- Qurban Qurbanov: “Dünya bazarına çıxmaq istəyiriksə…”
- Şotlandiya millisinin sabiq futbolçusu: “6 ay ömrüm qalıb”