Avropa Liqasının III turunun “Olimpiakos” - “Qarabağ” oyununun hakimləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, oktyabrın 6-da keçiriləcək matçı bosniya və herseqovinalı ədalət təmsilçiləri idarə edəcək.
Pireydə keçiriləcək qarşılaşmanın baş hakimi İrfan Peljto olacaq. Ona Davor Beljo və Damir Laziç kömək edəcək. Dördüncü hakim funksiyasını Antoni Bandiç yerinə yetirəcək.
İrfan Peljto bu mövsüm artıq bir dəfə “Qarabağ”ın oyununda fit çalıb. 38 yaşlı referi Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə Bakıdakı qarşılaşmada da ədalət təmsilçisi olub. Həmin görüşdə Azərbaycan çempionu 3:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, “Olimpiakos” - “Qarabağ” matçı saat 23:00-da başlayacaq.
- Elmar Baxşıyev: "Həmin qol sayılsaydı, oyunun gedişi fərqli olardı" - Müsahibə
- Rahid Əmirquliyev: “Premyer Liqada qalıb, kuboku da ala bilsəydik, çox yaxşı olardı” - MÜSAHİBƏ
- "Real Madrid" və Dubay ortaqlığı
- Santarelli Türkiyə millisində davam edəcək
- DÇ-2026: Almaniya və Niderlanddan darmadağın, Çexiya pley-offda - YENİLƏNİB