"Apasport" Yay Olimpiya Oyunlarında ölkəmizi taekvondo idman növü üzrə təmsil edən Qaşım Maqomedov barədə xüsusi reportajı təqdim edir.
Qaşım Maqomedov Parisdə ölkəmizə gümüş medal qazandırmış iki idmançıdan biridir. O, 2015-ci ildən Azərbaycan yığmasının şərəfini qoruyur.
Komandada hər kəslə arasının yaxşı olduğunu deyən idmançı Olimpiadaya həm fiziki, həm də zehni hazırlığın önəmindən də danışıb:
"Komandada hər kəslə çox tez dostlaşmışıq. Birlikdə məşqlər edirik. Yığmamız çox güclüdür. Olimpiadaya da birlikdə hazırlaşdıq. Həm fiziki, həm də mənəvi hazırlığım yüksək səviyyədə idi. Olimpiada elə bir şeydir ki, burada tək fiziki hazırlıq bəs etmir. Əgər qələbə qazanacağına inanmırsansa, medal da qazana bilməyəcəksən. Əsas olan qələbəyə inanmaqdır".
- Sabiq “Liverpul”lu: “O, Zidanın fiziki xüsusiyyətlərinə və texniki bacarığına malikdir”
- Nazim Məmmədzadə: "Santuşun məni milliyə çağırması real görünmür" - Müsahibə
- Millimizin üzvü Xorvatiya klubunda - RƏSMİ
- Azərbaycan kubokunun hakimləri açıqlandı
- UEFA prezidenti AVRO-2024-ün favoritlərini açıqladı