Ölkəmizi beynəlxalq turnirdə təmsil edəcək gimnastlar müəyyənləşib
02.07.2024 - 15:05
Azərbaycanı İspaniyanın Saraqosa şəhərində keçiriləcək bədii gimnastika üzrə beynəlxalq turnirdə təmsil edəcək gimnastlar müəyyənləşib.
Apasport.az xəbər verir ki, məşqçi Yevgeniya Vilyayevanın rəhbərliyi altında yarışda Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Ləman Əlimuradova, Zeynəb Hümmətova və Darya Sorokina iştirak edəcək.
Nigar Abdusalimova və Vəfa Bəkərova hakim, Akif Kərimli isə xoreoqraf kimi iş başında olacaq.
Qeyd edək ki, turnir iyulun 5-6-da keçiriləcək.
- "Qalatasaray"dan şok açıqlama: FEDERASİYAYA AÇIQ MESAJ
- Qurban Qurbanov: "Belə oyunda bəsit qərarlar olmaz" - MÜSAHİBƏ
- "Mançester Yunayted"in yarımmüdafiəçisi klubunu dəyişə bilər
- "Sumqayıt”la oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik"
- Millimizin İslandiya və Fransa yığmalarına qarşı matçlarının biletləri satışa çıxarılıb
0
0