
Bakıda baş tutacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilir.
Apasport.az xəbər verir ki, tədbirdə Azərbaycan minifutbol federasiyasının prezidenti Orxan Məmmədov çıxış edib.
"AMF-in prezidenti və ev sahibi kimi sizə uğur arzulayıram. Azərbaycan adından bu cür tədbirə ev sahibi etməkdən qürur duyuruq. Biz bir çox tədbirləri həyata keçirərək, minifutbolu inkişaf etdiririk. Bu tədbir sırf müsabiqə deyil. Biz dostluğu yaradırıq, oyunla bağlı öz hisslərimizi gücləndiririk. Minfiutbol son illərdə inkişaf edib. Bu gün biz onun gücünü, insanları ilhamlandırdığını, gənc nəsili istiqamətləndirdiyini görürük. Azərbaycan üçün bu çox vacibdir. Biz Avropa çempionatında iştirak etmişdik. Azərbaycan prezidenti və MOK-un prezidenti İlham Əliyev şəxsən Avropa çempionları ilə görüşmüşdü. Bu da idmançılarımız üçün böyük motivasiya idi. Bu da ölkəmizdə idmanın inkişafına və köməyini göstərmişdi. Azərbaycan bir çox tədbirləri keçirmişdi. Avropa oyunları, İslam Həmrəylik oyunları, 2019-cu ildə AL-in final görüşü, AVRO -2020 oyunları, Formula 1 qrandprisini də həmçinin. Əminik ki, Baku-2025 kuboku yaddan çıxmayacaq xatirlərlə yadda qalacaq. Mən dünya minifutbol federasiyasına və xüsusən dostum, Filip Yudaya təşəkkür edirəm. İstərdim ki, bütün federasiyalara bizə etimad göstərdiyinə minnətdarlığımı bildirirəm. Fərid Qayıbovu salamlayıb, ona minnətdar olduğumu demək istəyirəm. Müntəzəm olaraq, ölkədə idmanın inkişafına öz səyini göstərib. Bu cür təbdirlərin qəbul olunmasında vacib rol oynayıb. AFFA rəhbərliyinə də təşəkkür edirəm, dostum Rövşən Nəcəfə bildirmək istəyirəm ki, federasiyamızın ilk təsis olunduğu gündən yanımızda olublar. Sponsorlara və komandalara da təşəkkür eidrəm. Onlar bugünkü tədbirin, turnirin uğurla keçirilməsində öz səylərini göstərib. Gəlin püşkatmanı şəffaf və ədalətli keçirək. Qoy idman yarışında həqiqi qalib bəlli olsun”.
Qeyd edək ki, turnir mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək.