Oxatanımız növbəti mərhələyə yüksəlib
21.05.2026 - 00:26
Türkiyənin Antalya şəhərində kamandan oxatma üzrə Avropa Çempionatı davam edir.
Apasport.az xəbər verir ki, idmançımız Məhəmmədəli Əliyev fərdi qarşılaşmada niderlandlı rəqibi Smeets Yael üzərində 6:0 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
Təmsilçimiz növbəti mübarizəsinə 22 may tarixində çıxacaq. Bu mərhələdə onun rəqibi Belçika idmançısı De Smedt Jarno olacaq.
0
0