Ozan Can oynadı, komandası uduzdu
14.12.2025 - 09:48
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” Niderland çempionatında növbəti oyuna çıxıb.
Apasport.az xəbər verir ki, sözügedən komanda səfərdə “Qroningen”lə arşılaşıb. Matç “Volendam”ın məğlubiyyəti ilə başa çatıb – 0:3.
Oyuna start heyətdə başlayan Ozan ikinci hissənin əvvəlində əvəzlənib.
“Volendam” 16 turdan sonra 14 xalla 15-ci sıradadır.
0
0