
Fransanın paytaxtı Parisdə parataekvodo üzrə Qran-pri başa çatıb.
Apasport.az-ın məlumatına görə, Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə G6 kateqoriyalı yarışa qatılan Azərbaycan millisinin üzvlərinin hər biri medal qazanıb.
Baş məşqçi Fərid Tağızadənin yetirmələrindən Sabir Zeynalov (58 kq) 1/4 finalda yaponiyalı rəqibini 29:18 hesabı ilə məğlub edib. O, yarımfinalda türkiyəli idmançıya uduzaraq 3-cü yeri tutub.
İmaməddin Xəlilov (70 kq) da Qran-priyə qələbə ilə başlayıb. Həmyerlimiz startda braziliyalı parataekvondoçuya 39:15 hesabı ilə qalib gəlib. Xəlilov yarımfinalda Argentina təmsilçisi ilə döyüşüb və məğlub olduğundan bürünc medala sahib olub.
Əbülfəz Abuzərli (80 kq) də yarışı 3-cü pillədə başa vurub. Parataekvondoçumuz Türkiyə millisinin üzvünə 25:24 hesabı ilə qalib gəlsə də, ardınca Cənubi Koreya idmançısına məğlub olaraq bürünc medala layiq görülüb.
Qeyd edək ki, hər 3 parataekvondoçu K-44 kateqoriyasında qüvvəsini sınayıb.
- İdmançılarımız Paris-2024-ün açılışında yallı rəqsi oynadılar - VİDEO
- İlkin Qırtımov: "Komandamın yanında olmaq üçün məşqlərə tez qoşulmağa çalışacağam"
- Vasili Berezutski: “Bir az üstünlüyümüz var idi”
- Qurban Qurbanov: "Biz kuboku yenə qazanmaq istəyirik"
- Boksçumuz dünya çempionatına qələbə ilə başladı