![Parataekvondoçulardan 3 medal](https://ww3.apasport.az/storage/news/2023/july/01/big/649f434710766649f4347107671688159047649f434710764649f434710765.jpg)
Parataekvondoçularımız Fransanın Montargis şəhərində keçirilən Avropa çempionatında 3 medal qazanıblar.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı verəcək yarış Azərbaycan milli komandası üçün uğurlu alınıb.
Yığmamızın heyətində İmaməddin Xəlilov (70 kq, K-44) gümüş medala yiyələnib. Eyni kateqoriyada mübarizə aparan Sabir Zeynalov (58 kq) və Amin Şıxəliyev (63 kq) isə üçüncü yeri tutublar.
Azərbaycan bu nəticə ilə kişi komandaları arasında 5-ci olub.
Qeyd edək ki, parataekvondoçularımız iyulun 2-də eyni məkanda Həmrəylik turnirində də mübarizə aparacaqlar.