Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 15-ci pilləyə yüksəlib.
Apasport.az xəbər verir ki, bu, 100 kq çəki dərəcəsində yarışan cüdoçumuz Zelim Kotsoyevin qızıl mükafat əldə etməsi ilə mümkün olub.
Daha əvvəl digər cüdoçumuz Hidayət Heydərov da (73 kq) olimpiya çempionu adını qazanıb.
Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib.
İlk "üçlük"də Çin (11 qızıl, 7 gümüş, 6 bürünc), ABŞ (9 qızıl, 15 gümüş, 13 bürünc) və Fransa (8 qızıl, 11 gümüş, 8 bürünc) yer alıb.
- Vexorst "Mançester Yunayted"dən necə təklif aldığını söylədi
- Yoxlama matçı: "Qalatasaray" 90+3-də məğlubiyyətdən xilas oldu
- “Qarabağ”dan ən böyük uğursuzluq – Çempionlar Liqasında
- Braziliyalı hücumçu C seriyası klubunu “Sabah”dan üstün tutdu
- Kapitan "Qəbələ"nin Konfrans Liqasına tam hazır olmadığını açıqladı