Paris-2024-ə lisenziya qazanan paraatlet: Bu hissləri yenidən yaşamaq çox xoşdur
12.07.2024 - 19:00
![Paris-2024-ə lisenziya qazanan paraatlet: Bu hissləri yenidən yaşamaq çox xoşdur](https://ww3.apasport.az/storage/news/2024/july/12/big/66914418a2a5266914418a2a53172079618466914418a2a4e66914418a2a51.jpg)
"İkinci dəfə Paralimpiadada iştirak edəcəyəm. Bu hisləri yenidən yaşamaq çox xoşdur”.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin paraatleti Rüfət Rəfiyev deyib.
Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazanan təmsilçimiz Fransadakı məqsədini açıqlayıb: “Rio-2016-da debüt etmişdim. İndi daha təcrübəli idmançıyam. Məqsədim yaxşı nəticə qazanmaqdır. Məşqlərimi tam sürətlə davam etdirirəm. Vətənimi layiqincə təmsil etməyə çalışacağam".
Qeyd edək ki, Paris Yay Paralimpiya Oyunları avqustun 28-də start götürəcək
0
0