Fransanın paytaxtı Parisdə keçirilən Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.
Apasport.az xəbər verir ki, ölkəmiz medal sıralamasında 22-ci pilləyə yüksəlib.
Hazırda Azərbaycan yığmasının hesabında 3 qızıl, 1 gümüş və 1 bürünc medal var.
Lamiyə Vəliyeva (100 metr məsafəyə qaçış), İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc mükafata sahib çıxıblar.
Siyahıya Çin (53 qızıl, 40 gümüş, 22 bürünc) başçılıq edir. Böyük Britaniya (30 qızıl, 18 gümüş, 13 bürünc) ikinci, ABŞ (20 qızıl, 22 gümüş, 11 bürünc) üçüncüdür.
- “Aris”in daha bir futbolçusu “Neftçi” ilə oyunları buraxacaq
- Nicat Abasov bu gün ABŞ şahmatçısı ilə qarşılaşacaq
- Millilərimiz Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər
- Konfrans Liqası: "Neftçi"nin potensial rəqibləri müəyyənləşdi - YENİLƏNİB
- Məşqçilərə lisenziya və diplomlar təqdim olunub