Paris-2024: Paraatletimiz qızıl medal qazanıb
07.09.2024 - 13:22
![Paris-2024: Paraatletimiz qızıl medal qazanıb](https://ww3.apasport.az/storage/news/2024/september/07/big/66dc1be553e8366dc1be553e84172570109366dc1be553e8166dc1be553e82.jpg)
Azərbaycan paraatleti Orxan Aslanov (T13 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, idmançı uzunluğa tullanma növündə uğurlu çıxış edib.
Aslanov 7,29 metr nəticə ilə çempion olub.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
0
0