Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu şəhid övladları üçün növbəti layihəni həyata keçirib.
Apasport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında imzalanmış memorandum çərçivəsində reallaşdırılan tədbirə əsasən 25 şəhid övladının “Dreamland” kompleksinə səfəri təşkil edilib.
Şəhid övladlarına diqqət və qayğının daha da artırılması, onlar arasında sağlam həyat tərzinin təbliği yönündə baş tutan səfər maraqlı anlarla yadda qalıb. Batut idman növü ilə məşğul olan şəhid övladları fiziki cəhətdən aktiv gün keçirib, müxtəlif əyləncəli və interaktiv oyunlarda iştirak ediblər. Ardınca xüsusi hazırlanmış qidalar qəbul edən uşaqlar xoş anlar yaşayıblar.
Sonda şəhid övladlarına xüsusi hədiyyələr təqdim edilib.
- Pavol Şafrankodan təqdirəlayiq addım
- “Nant”ın baş məşqçisi: “Bizim üçün ən önəmlisi çempionatdır”
- Premyer Liqa klubu baş məşqçisi ilə müqavilə müddətini uzatdı
- “Nottingem”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ
- Yaponiya “Sumo Expo 2025”də Bakıda keçiriləcək dünya çempionatının təqdimatı baş tutub - FOTO