Premyer Liqada ayın ən yaxşı qolu açıqlandı
23.05.2025 - 23:35

“Misli” və Peşəkar Futbol Liqasının birgə keçirdiyi “Ayın qolu” layihəsi çərçivəsində aprel ayının ən yaxşı qolunu mükafatlandırılıb.
Apasport.az xəbər verir ki, "Səbail"in futbolçusu David Qomis bu mükafata layiq görülüb.
Afrikalı futbolçuya mükafatı Misli Premyer Liqasının XXXVI turunun “Səbail” – “Sumqayıt” görüşündən əvvəl Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.
0
0