Misli Premyer Liqasının 2025/26 mövsümündə 500-cü qol vurulub.
Apasport.az xəbər verir ki, yubiley XXXIII turun “Sumqayıt” – “Qarabağ” görüşünə (3:4) təsadüf edib.
Rüstəm Əhmədzadənin vurduğu top mövsümdə 500-cü olub. Bu, çempionatdakı 195-ci qarşılaşmaya təsadüf edib.
Ölkə çempionatları tarixində yüksək dəstədə mövsümün 500-cü qolunun vurulması 21 ildən sonra qeydə alınıb. Sonuncu dəfə 2004/05 mövsümündə belə hadisə yaşanıb. Sonrakı turnirlərdə qol sayı 500-dən aşağı olub.
Qeyd edək ki, 2004/05 mövsümündə 684 qol vurulub. Bir mövsümdəki qol sayındakı rekord isə 1992-ci ilə təsadüf edib. Həmin vaxt 1177 qol vurulub.
- Braziliyalı vinger “Siti”ni tərk edə bilər
- UEFA “Neftçi”, “Qəbələ” və “Zirə”yə pul köçürdü
- Çempionlar Liqası: “Mançester Siti”dən məğlubiyyət, “Milan” Madriddən qalib dönür - YENİLƏNİB
- Stankoviçin “Neftçi”dən gedişinin və digər klubumuzun təklifindən imtinasının səbəbi - MÜSAHİBƏ
- Ramos “Real”la oyunu gözləyir