
Azərbaycan çempionatlarının ən uzun məğlubiyyətsiz seriyalarının siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvələ Misli Premyer Liqasının 2022/23 mövsümündə ilk məğlubiyyətini XXX turda alan “Qarabağ” başçılıq edir.
Qurban Qurbanovun yetirmələri “Sabah”la səfər matçında 1:2 hesabı ilə uduzub. Bununla da “Kəpəz”in 1997/98 mövsümündəki məğlubiyyətsiz çempionluq rekordu təkrarlanmayıb.
Ağdam klubu ümumilikdə Premyer Liqada 49 oyundan sonra xalsız qalıb. 537 gün məğlub olmayan “Qarabağ” sonuncu dəfə 2021-ci il oktyabrın 25-də “Səbail”ə 1:3 hesabı ilə uduzmuşdu. Ötən mövsümün 20, cari çempionatın 29 görüşündə uduzmayan ağdamlılar bu müddətdə 40 qələbə qazanıb və 9 heç-heçə edib. Bu 49 oyunluq məğlubiyyətsizlik seriya Azərbaycan çempionatları tarixinin mütləq rekordudur. Yarışın tarixində 6 dəfə bir komanda 25-dən artıq görüşdə xal əldə edib.
Ən uzun məğlubiyyətsiz seriyalar:
1. “Qarabağ” – 49 (2021-23)
2. “Qarabağ” – 31 (2018-19)
3. “Kəpəz” – 28 (1997-98)
4. “Turan” – 27 (1992-93)
5-6. “Şəmklr” – 26 (2000-01)
“Neftçi” – 26 (2003-04)
Bu qarşılaşmada həm də “Sabah”ın “Qarabağ”la matçlarda ilk qələbəsi qeydə alınıb. Əvvəlki 18 oyunda 6 heç-heçə və 12 məğlubiyyəti olan bakılılar uğursuz seriyanı 19-cu dueldə qırıb.
- Naxçıvanda “Bir uşaq - bir top” festivalı keçirildi - FOTOLENT
- Artim Şakiri: "2 qırmızı vərəqə ilə istənilən rəqibə qarşı oynamaq ağırdır"
- Millimiz təlim-məşq toplanışında yoxlama oyunları keçirəcək
- Gürcüstan millisinin hücumçusu Almaniya klubunda - Rəsmi
- “Fənərbaxça”da yarpaq tökümü: Qışda o da gedir...