PSJ-dən “Panatinaikos”a - RƏSMİ
24.08.2025 - 17:57

Fransanın PSJ klubu futbolçusu Renatu Sançesi icarəyə verib.
Apasport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Panatinaikos”a keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı oyunçu bir illik icarə əsasında Yunanıstan təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Renatu Sançes ötən mövsüm “Benfika”da çıxış edib.
0
0