PSJ-nin rusiyalı qapıçısı ardıcıl dörd penalti dəf edərək, mütləq rekorda imza atıb - VİDEO
18.12.2025 - 10:31
PSJ Braziliyanın "Flamenqo" klubunu final matçında məğlub edərək FIFA Qitələrarası Kubokunun qalibi olub (əsas vaxt - 1:1, penalti seriyasında 2:1).
Apasport.az xəbər verir ki, qalib penalti seriyasında müəyyənləşib və bu seriyada PSJ-nın qapıçısı Matvey Safonov ardıcıl olaraq dörd zərbəni dəf edərək komandasına qələbə qazandırıb.
Bununla da Rusiya millisinin qapıçısı Matvey Safonov Beynəlxalq Futbol Federasiyasının (FIFA) turnirləri tarixində ardıcıl dörd penalti zərbəsini dəf edən ilk qapıçı olub.
- “Beşiktaş”ın ulduzları komandadan qovuldu: Abubakar, Qezzal, Rozier...
- “Nant”ın müdafiəçisi: “Qarabağ”a məğlubiyyət boğazımda düyünlənib”
- Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək
- Millimiz Litvaya məğlub oldu - YENİLƏNİB
- Basketbol üzrə Azərbaycan Kubokunda mövsümə bu gün start veriləcək
0
0