Qadın futbolçularımız B Liqasına yüksəlib
02.12.2023 - 00:05
Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, C Liqasında yer alan milli komandamız 3-cü qrupun V turunda Kiprin qonağı olub.
Görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 9-cu dəqiqədə Diana Məmmədova fərqlənib.
Beləliklə, xallarının sayını 13-ə çatdıran millimiz qrup liderliyini təmin edib və B Liqasına yüksəlib.
Qrupun digər görüşündə Monteneqro Farer adalarını 9 cavabsız qolla darmadağın edib.
- “Araz-Naxçıvan”ın legioneri: "Azərbaycanda özümü ikinci vətənimdə kimi hiss edirəm" - Müsahibə
- Həlledici matçın hakimləri açıqlandı
- AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat alıb
- "Fənərbağça" mübarizəni dayandırdı, Rotterdamda 8 qol vuruldu
- “Səbail”in legioneri: “Komandamız diviziona düşməməlidir” - MÜSAHİBƏ
0
0