"Qalatasaray"ın müdafiəçisi Rusiyada
26.07.2024 - 19:48
!["Qalatasaray"ın müdafiəçisi Rusiyada](https://ww3.apasport.az/storage/news/2024/july/26/big/66a3bb62e75c766a3bb62e75c8172200637066a3bb62e75c566a3bb62e75c6.jpeg)
"Qalatasaray"ın futbolçusu Kazımcan Karataş karyerasını Rusiyada davam etdirəcək.
Apasport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi müdafiəçini "Orenburq"a icarəyə verib.
21 yaşlı futbolçu 2024/2025 mövsümünü Premyer Liqa təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, sol cinah müdafiəçisi olan Kazımcan Karataş ötən mövsümün ikinci yarısında "Ankaragücü"də çıxış edib.
0
0