"Qarabağ" 13 pillə irəlilədi
09.04.2024 - 09:43
!["Qarabağ" 13 pillə irəlilədi](https://ww3.apasport.az/storage/news/2024/april/09/big/6614d6735c1686614d6735c16917126416516614d6735c1666614d6735c167.jpg)
Klubların dünya reytinqi açıqlanıb.
Apasport.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların reytinq siyahısını yeniləyib. Azərbaycan cədvəldə 3 komanda ilə təmsil olunub.
13 pillə irəliləyən "Qarabağ" (176,5 xal) 48-cı sırada yer alıb. Bir mövqe irəliləyən "Neftçi" (62 xal) 377-ci, 4 sıra addımlayan "Sabah" (58,75 xal) isə 413-cüdür.
Qeyd edək ki, dünya reytinqinə “Mançester Siti” (401 xal) liderlik edir.
0
0