“Qarabağ" 150-ci böyükhesablı qələbəsini qazanıb
28.10.2024 - 10:38
“Qarabağ” klubu Azərbaycan çempionatında 150-ci böyükhesablı qələbəsini qazanıb.
Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yubiley Misli Premyer Liqasının XI turuna təsadüf edib.
Ağdam klubu öz meydanında “Şamaxı”nı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. 1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan Ağdam təmsilçisi ən çox böyükhesablı qələbə qazanan komandadır.
Qeyd edək ki, komanda ilk belə qələbəsini 1992-ci ildə qazanıb. “Qarabağ” mayın 6-da evdə Kürdəmir “Şirvan”ına 6:0 hesabı ilə qalib gəlib.
- Xabi Alonso: "Qarabağ" "Braqa"ya qarşı təhlükəli çıxış etdi və uğur qazandı"
- Ali Koça yad əşya atdılar, yerə yıxıldı - Yenilənib
- “Qarabağ” mövqeyini qorudu, “Neftçi” gerilədi
- Fransa: “Ümid edirəm ki, əleyhimizə verilən qərarlar dayandırılacaq” - MÜSAHİBƏ
- Roberto Martines: “Azərbaycanın uzaqda olması problemdir”
0
0