“Qarabağ” 1500 manat ziyana düşdü
20.12.2024 - 14:17
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, toplantıda Premyer Liqanın III turundan təxirə salınmış “Şamaxı” – “Qarabağ” oyunu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şamaxı” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” klubu 800 manat cərimə edilir (maddə 51.2);
“Şamaxı” – “Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilir (maddə 52.2);
- "Sabah"ın futbolçusuna xaricdən təklif: Danışıqlar gedib
- Ramil Şeydayev: “Bu barədə Rəşad Sadıqovla məsləhətləşdim”
- “Atletiko”dan DÇ-da rekord göstərici – Finalda 10 futbolçu
- Zaur Həşimov: "Zirə" Konfrans Liqasının ilk matçında layiqli qələbə qazandı" - Müsahibə
- Azərbaycan kubokunda legioner limiti açıqlandı
0
0