Avropa Liqasının qrup mərhələsinin arxada qalan iki turunda ən çox hücum quran komandalar bəlli olub.
Apasport.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.
Siyahıya Azərbaycan çempionu “Qarabağ” başçılıq edir. Qurban Qurbanovun yetirmələri iki matçda 118 hücum təşkil edib.
“Molde” və “Hakken”lə oyunlarda hücum futbolu nümayiş etdirən təmsilçimiz hər qarşılaşmada bir qol vursa da, daim rəqib qapısına doğru irəliləyib. Bunun nəticəsində “Qarabağ” turnirin digər 31 komandasını qabaqlaya bilib.
“Liverpul” cədvəldə ikincidir. İngiltərə klubu 112 hücum qurub. “Vest Hem”in 110, “Bayer”in 97, Berlin “Union”unun 96 belə cəhdi var.
Qeyd edək ki, sonuncu pillədə qərarlaşan “Şerif” cəmi 29 hücum təşkil edib.
- FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme Azərbaycan yığmasının üzvləri ilə görüşüb
- Şamaxıda keçiriləcək "Milli Mətbuat – 150" minifutbol turnirinin təqdimatı baş tutub - FOTO
- Qurban Qurbanov mükafatlandırılıb - FOTO
- Asim Xudiyev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb
- MMA döyüşçümüz növbəti qələbəsini qazanıb