“Qarabağ” Avstriyaya yollandı
20.06.2022 - 09:19
“Qarabağ” təlim-məşq toplanışının Bakı mərhələsini başa vurub.
Apasport.az saytının məlumatına görə, iyunun 9-dan bir araya gələn Azərbaycan çempionu hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanıb.
Baş məşqçi Qurban Qurbanov komandanı Çempionlar Liqası üçün məhz orada hazırlaşdıracaq. Ağdam təmsilçisinin Avstriyada 3 yoxlama görüşü keçirməsi nəzərdə tutulub. Rəqiblərin adı hələlik bəlli deyil.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa təmsilçisi “Lex”lə qarşılaşacaq. İlk görüş iyulun 5-də Poznanda, cavab matçı isə 12-də Bakıda keçiriləcək.
- Maraqlı hadisə - “Bavariya” matçı başladığı kimi bitirdi
- Renat Dadaşova Bundesliqadan təklif - EKSKLÜZİV
- Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- Azərbaycanın güləş milliləri Paris olimpiadasına son hazırlıq prosesinə başlayıb
- “Çelsi”nin daha bir futbolçusu “Milan”ın hədəfində
0
0