"Qarabağ" - "Ayaks" matçına 20 mindən çox bilet satılıb
21.10.2024 - 17:17
Bakıda "Qarabağ" və Niderlandın "Ayaks" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun matçına 20 mindən çox bilet satılıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Matça 20 min 200 bilet satılıb.
Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara biletlərin qiyməti isə 300 manatdır.
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
- “Kəpəz”in kapitanı: "Neftçi"nin avrokuboklarda oynaması işimizə yaradı" - MÜSAHİBƏ
- “Turan Tovuz”un müdafiəçisi Roderik Miller: “Həmin epizodla bağlı şərh verə bilməyəcəm” - Müsahibə
- "Karvan"ın futbolçusu bədbindir: İnamımızı itirmişik...
- Radamel Falkao karyerasını bitirdi
- İlk dəfə Xankəndi - Bakı ultra marafonu keçiriləcək
0
0