“Qarabağ” Konfrans Liqasının II təsnifat mərhələsinin Bakıda keçiriləcək “Şelburn”la cavab oyunu ilə bağlı azarkeşlərə müraciət edib.
Apasport.az xəbər verir ki, klubun yaydığı müraciətdə bunlar qeyd edilib:
“UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Şelburn” oyununda iştirak edəcək azarkeşlərimiz üçün qapılar matçın start fitindən 2 saat əvvəl açılacaq.
“Qarabağ” – “Şelburn” oyunu öncəsi Tofiq Bəhramov adına Respublika stadionunun qarşısında sizi əsl fan zona əhval-ruhiyyəsi gözləyir!
Azarkeşlərimizdən tribunalardakı yerlərini vaxtında tutmaları xahiş olunur!
Yoxlama nöqtələrində sıxlığı azaltmaq, stadiona daha rahat daxil olmaq, komandamızı isinmə dəqiqələrindən dəstəkləmək üçün stadiona tələsin”.
“Qarabağ” – “Şelburn” oyunu saat 20:00-da start götürəcək. Komandalar arasında İrlandiyada baş tutan görüşdə Azərbaycan təmsilçisi qələbə qazanıb – 3:0.
- Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
- Yeqor Xvalko: "Kəpəz" Premyer Liqada qalmağın öhdəsindən gəldi" - Müsahibə
- Musa Qurbanlı Qurban Qurbanovun nömrəsini ələ keçirdi
- 55 il fəaliyyət göstərən idman qurumu ləğv olunub
- Azərbaycan idmançısı ilin ən yaxşısı seçilə bilər - SƏSVERMƏ