“Qarabağ” “Bursaspor”la heç-heçə etdi, “Ayaks”a uduzdu
07.04.2023 - 15:37
Türkiyənin İzmir şəhərində “İzmir Cup – 2023” beynəlxalq turniri start götürüb.
Apasport.az saytının məlumatına görə, E qrupunda qərarlaşan “Qarabağ”ın U-12 komandası ilk turda Türkiyənin “Bursaspor” klubu ilə qarşılaşıb.
Oyun 0:0 hesabı ilə başa çatıb.
“Qarabağ” II turda Niderlandın “Ayaks” klubu ilə qarşılaşıb. Oyun komandamızın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
U-12 komandamız günün son oyununu Serbiyanın “Srvena Zvezda” klubuna qarşı keçirəcək.
- Ramazan Abbasovla Cavid İmamverdiyevdən dubl
- Azərbaycanda 29-cu qrossmeyster
- Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib
- “Lənkəran” və “Atletiko”ya texniki məğlubiyyət verilib
- Azərbaycan cüdoçuları İspaniyada beynəlxalq təlim-məşq toplanışında olublar - VİDEO
0
0