“Qarabağ” – HİK: Stadion və vaxt açıqlandı
03.08.2023 - 15:01
“Qarabağ”ın Avropa Liqasının III təsnifat mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.
Ağdam klubu Finlandiya çempionu HİK-i Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Avqustun 10-da keçiriləcək ilk oyun saat 20:00-da başlayacaq.
Cavab qarşılaşması Helsinki stadionunda təşkil olunacaq. Avqustun 17-dəki bu matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, “Qarabağ” və HİK Çempionlar Liqasının II təsnifat mərhələsində uduzaraq Avropa Liqasına yuvarlanıb.
- İrəvandan qayıdan Azərbaycan atletləri Gürcüstandan Azərbaycana yola salınıblar - FOTO
- Musa Qurbanlı U-21-ə çağırıldı
- Kaxaber Tsxadadze: "Klubun bu vəziyyətdə olması həm bizi, həm də sizi məyus edir"
- Dünya futbolunun ən bahalı qapıçıları - Siyahı
- “Qarabağ”ın avrokuboklardan qazanacağı məbləğ müəyyənləşdi
0
0