"Qarabağ" klubu dünya reytinqində 5 pillə geriləyib.
Apasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb.
Təmsilçimiz 144,75 xalla 119-cu pillədə yer alıb.
"Zirə" (95,75 xal) 233-cü mövqedən 232-yə qalxıb. "Sabah" komandası 50 pillə irəliləyib. Ölkə kubokunun qalibi 76 xalla 317-ci olub.
"Araz-Naxçıvan" isə 61,25 xalla 446-cıdır. Naxçıvan təmsilçisi əvvəlki reytinqdə 454-cü idi.
Qeyd edək ki, birinci pillədə İspaniya təmsilçisi "Real" (470 xal) qərarlaşıb. "Barselona" (434 xal) ikinci, İtaliyanın "İnter" klubu (419) üçüncüdür.
- Fransanın futbolçusu ilin sonuna qədər sıradan çıxdı
- Ağasəlim Mircavadov: "Sonrasını yığıb-yığışdırmaq ağır olacaq" - Müsahibə
- “Fənərbaxça”da qalib gəldi, “Beşiktaş” bir xala sevindi
- “Qarabağ”dan milyonluq transfer – braziliyalı futbolçu ilə anlaşma
- “Qarabağ”ın baş tutmayan qış transferləri – siyahıda Babakar da olub