"Qarabağ" - "Ludoqorets" matçına 23 min bilet satılıb
05.08.2024 - 22:38
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Ludoqorets" (Bolqarıstan) oyununa bilet satışı davam edir.
Apasport.az xəbər verir ki, matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.
Bu ana qədər 23 000 bilet satışı həyata keçirilib.
Qeyd edək ki, görüş avqustun 6-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
- Adrian Skarlatake: "Bu, FKSB ilə matçdan öncə “Qarabağ” üçün böyük itkidir"
- Peyvənd olunmayan futbolçular DÇ-2022-yə aparılmaya bilər
- “Fehervar”ın baş məşqçisi: "Sumqayıt" fiziki cəhətdən güclü komandadır"
- "Araz-Naxçıvan" "get" deyir, "Zirə" "gəl" - Portuqaliyalı qərar verməlidir
- Fransa-Azərbaycan oyunu bu hakimə həvalə olundu
0
0