UEFA Avropa Liqasının II turunda keçiriləcək "Qarabağ" - "Malmö" oyunu üçün qonaq komandanın azarkeşlərinə təklif olunan biletin qiyməti açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə İsveç klubunun mətbuat xidməti məlumat yayıb.
"Malmö" tərəfdarları üçün biletin qiyməti 140 İsveç kronudur (24 manat).
Azarkeşlər biletləri əvvəlcədən vauçer kimi "Malmö"nün rəsmi saytından əldə edə bilərlər. Daha sonra bu vauçerlər biletə çevriləcək və dəyişdirilmə prosesi barədə məlumat bilet alıcılarının elektron poçtlarına göndəriləcək.
Xatırladaq ki, "Qarabağ" - "Malmö" qarşılaşması 3 oktyabr saat 20:45-də keçiriləcək. Bundan əvvəl isə Azərbaycan çempionu, 26 sentyabrda "Tottenhem"lə qarşılaşacaq.
- Azərbaycanın 8 boksçusu "Böyük İpək Yolu" turnirində ən azı bürünc medalı təmin edib
- Azərbaycan karateçiləri Avropa kubokunda
- Güləşçilərimiz Avropa çempionatının yarımfinal mərhələsində məğlub olublar
- Arif Əsədov: "Estoniya bu cəhətdən bizi üstələyə bilər"
- "Kopenhagen"in baş məşqçisi: "Qarabağ" bura gəlib çıxmaq üçün uzun yol qət edib"