“Qarabağ” millimizin üzvü ilə müqavilə yeniləmək istəyir
01.10.2024 - 11:52
![“Qarabağ” millimizin üzvü ilə müqavilə yeniləmək istəyir](https://ww3.apasport.az/storage/news/2024/october/01/big/66fba7b6de50f66fba7b6de510172776850266fba7b6de50d66fba7b6de50e.jpg)
“Qarabağ” Azərbaycan millisinin futbolçusu Abbas Hüseynovu buraxmaq niyyətində deyil.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi müdafiəçiyə yeni müqavilə təklif edib.
Hüseynovun “Qarabağ”la müqavilə müddəti 2025-ci il iyunun 30-da başa çatacaq. İndidən isə Azərbaycan çempionu Abbasın müqavilə müddətinin artırılmasına çalışır.
Belə ki, 29 yaşlı futbolçunun “Qarabağ”la müqavilə müddətinin daha 2 illik artırılacağı gözlənilir. Tərəflər arasında razılıq əldə olunacağı ehtimal edilir.
“İnter”in(indiki “Şamaxı”) sabiq futbolçusu 2017-ci ildən “Qarabağ”da oynayır.
0
0