
AFFA-nın bayrağı altında təşkil edilən U-15 və U-16 Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Apasport.az xəbər verir ki, hər iki liqada final və III yer uğrunda oyunun iştirakçıları, eyni zamanda təqvimi müəyyənləşib.
Yarımfinal mərhələsinin cavab oyunlarının nəticələri və medal uğrunda matçların təqvimi ilə tanış ola bilərsiniz:
AFFA U-15 Liqası, yarımfinal, cavab oyunları
“Qarabağ” – “Qəbələ” – 4:3
Davud Abdullayev, 1; Daniil Rəcəbov, 15; Murad İsmailov, 33, 35 – Tunar Bayramov, 3; Mehdi İsmayılov, 50, 53
“Sabah” – “Neftçi” – 0:0 (penaltilərlə 4:2)
Bombardir: Ruslan Əbilov (“Sabah”) – 35 qol.
26 may
III yer uğrunda oyun
12:30. “Qəbələ” – “Neftçi” (Bayıl Arena)
Final oyunu
16:00. “Qarabağ” – “Sabah” (Bayıl Arena)
AFFA U-16 Liqası, yarımfinal, cavab oyunları
“Neftçi” – “Zirə” – 4:1
Orxan Əliyev, 10; Emin Süleymanov, 50; Hüseyn Hümbətov, 57; Sahib Xəlilli, 90+1 – Şamxal Heydərli, 3
“Sumqayıt” – “Qarabağ” – 3:4
Ramal Cəlilov, 15, 36; Elgün Həsənov, 55 – Kamaləddin Cəfərli, 49; Hüseyn Bayramov, 67; Kənan İsmayılov, 70; Polad Hüseynov, 81
Bombardir: Riad Qaradağlı (“Qarabağ”) – 38 qol.
27 may
III yer uğrunda oyun
12:30. “Sumqayıt” – “Zirə” (Bayıl Arena)
Final oyunu
16:00. “Qarabağ” – “Neftçi” (Bayıl Arena)