“Qarabağ”ın 11 yaşadək futbolçulardan ibarət komandası Polşaya yollanıb.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi “Murapol Cup” turnirində ölkəmizi təmsil edəcək.
13-cü dəfə keçirilən ənənəvi beynəlxalq turnirin oyunları mayın 23-25-də baş tutacaq.
Baş məşqçi Eldəniz Qiyasovun rəhbərlik etdiyi komandada 14 futbolçu yer alıb: Rza Tağızadə, Elman Aydınov, İbrahim Abuşov, Məzahir Məmmədov, Kamran Rzayev, Kərim Topçibaşev, Tamerlan Baytalov, David Pavlov, Bəxtiyar Əzimov, Şakir Muradov, Elcan Qubadlı, Nihad Hüseynli, Əli Mehdiyev, Yusif Cəbrayılsoy.
Qeyd edək ki, turnirin püşkatma mərasimi sabah keçiriləcək.
- Həsrət Cəfərov: "Bayrağımızı daha da yüksəklərə dalğalandıracam"
- Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turnirinin açılış mərasimi keçirilib
- İlham Yadullayev: "Sumqayıt" Samir Abasovun sayəsində yüksəliş dövrünü yaşayır" - MÜSAHİBƏ
- Qurban Qurbanova xüsusi mükafat - FOTO
- Güləşçilərimiz Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar