"Qarabağ" – "Qalatasaray" oyununa bütün ucuz biletlər satıldı
22.03.2023 - 20:20
!["Qarabağ" – "Qalatasaray" oyununa bütün ucuz biletlər satıldı](https://ww3.apasport.az/storage/news/2023/march/22/big/641b2d74d91ec641b2d74d91ed1679502708641b2d74d91ea641b2d74d91eb.jpg)
"Qarabağ" və "Qalatasaray" arasında keçiriləcək xeyriyyə matçı üçün bütün ucuz biletlər satılıb.
Apasport.az-ın məlumatına görə, yoldaşlıq matçı üçün bilet satışı olan bütün kassalarda 3, 5 və 30 manatlıq biletlər artıq yoxdur.
Yalnız 50 və 100 manatlıq biletlər kassada qalıb.
Qeyd edək ki, bu matç martın 26-da saat 20:00-da başlayacaq. Qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək.
0
0