“Qarabağ” – “Qalatasaray” oyununun HAKİMLƏRİ
19.03.2023 - 10:52
Martın 26-da “Qarabağ”la Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.
AFFA-dan apasport.az saytına verilən məlumata görə, saat 20:00-da başlayacaq qarşılaşmanın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Oyunun VAR hakimləri Cavid Cəlilov və Müslüm Əliyev olacaq.
Qeyd edək ki, qarşılaşma Bakı Olimpiya Stadionunda olacaq.
- Avropanın ən yaxşı müdafiə olunan komandaları bəlli olub - "Qalatasaray"...
- Premyer Liqa və kubokun tam təqvimi – Mövsüm avqustun 14-də başlayacaq
- "Napoli"də Osimhen şoku
- “Formula-1”i izləmək üçün 2 min qazi və şəhid ailəsi üzvünə pulsuz bilet verildi
- Yığmamızın baş məşqçisi: “UEFA İnkişaf Turniri bizim üçün çox önəmlidir”
0
0