“Qarabağ” “Qəbələ” ilə oyuna itkilərlə çıxacaq
25.09.2023 - 16:33

“Qarabağ” Premyer Liqanın VII turunda “Qəbələ” ilə qarşılaşacaq.
Apasport.az saytına verilən məlumata görə, Ağdam klubu matça itkilərlə çıxacaq.
“Qarabağ”ın iki futbolçusu - Redon Cica və Bəhlul Mustafazadə böyük ehtimalla oyunu buraxacaq. Hər iki futbolçunun müalicəsi davam etdirilir.
Avropa Liqasının qrup mərhələsinin I turunun “Molde” ilə görüşündə zədələnərək oyunu yarımçıq tərk etmiş Mateus Silva isə artıq düşərgəyə qayıdıb. Kollektivlə məşqlərə qoşulmuş braziliyalının bu günkü matçda meydana çıxmasında problem görülmür.
- Qızlarımız İsveçrədən 8 cavabsız qol buraxdı - YENİLƏNİB
- Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi Məktəbin şagirdləri ilə görüş təşkil olunub
- Azərbaycan kikboksçuları 2022-ci ildə Vətənə 101 medal gətirib
- Dortmund klubu "Çelsi"nin transfer hədəfi üçün 70 milyon avro tələb edir
- Avropa Liqası: Son 6 vəsiqənin sahibi müəyyənləşir
0
0