“Qarabağ” - “Qəbələ” oyununun vaxtı dəyişdirildi
28.04.2023 - 12:59
Misli Premyer Liqasının XXXIII turunun “Qarabağ” - “Qəbələ” oyununun vaxtı dəyişdirilib.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Peşəkar Futbol Liqası verib.
Qarşılaşma mayın 8-də baş tutacaq. Görüş saat 20:00-da start götürəcək.
Dəyişikliyə səbəb “Neftçi” - “Qarabağ” matçıdır. Aprelin 30-na nəzərdə tutulan bu oyun mayın 2-nə keçirildiyinə görə “Azersun Arena”dakı növbəti qarşılaşmanın tarixi dəyişdirilib.
Qeyd edək, “Qarabağ” – “Qəbələ” görüşü öncədən mayın 6-na planlaşdırılmışdı.
- DÇ-2026: Niderlanddan qələbə, Yaponiya və İsveçdən bərabərlik - YENİLƏNİB
- ÇL: “Qalatasaray”dan minimalhesablı qələbə, “Atletiko” və “Bavariya”dan darmadağın - YENİLƏNİB
- “Səbail”dən Malayziya klubuna
- "Qəbələ"nin kapitanı: "Bir qələbədən sonra hər şey tam başqa cür olacaq” - Müsahibə
- Mourinyo “Fənərbaxça”nı tərk edir?!
0
0