Klubların UEFA reytinqi açıqlanıb.
Apasport.az xəbər verir ki, avroliqa matçlarından sonra cədvəldə bəzi dəyişikliklərə səbəb olub.
Azərbaycan çempionu “Qarabağ”ın da mövqeyi dəyişib. Evdə “Lion”a 1:4 hesabı ilə məğlub olan Qurban Qurbanovun komandası 62-ci pillədə qərarlaşıb.
Ağdam klubunun hesabında 32,000 xal var. “Qarabağ” bir addım geriləyib. Plzen “Viktoriya”sı təmsilçimizi geridə qoyub.
“Neftçi” 8,000 xalla 175-ci yerə şərikdir. Digər klublarımız – “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 310-cu, “Qəbələ” və “Şamaxı” 3,925 xalla 323-cü yeri bölüşənlər arasındadır.
Qeyd edək ki, siyahıya 135,000 xala malik “Mançester Siti” başçılıq edir.
- "Linkoln" - "Qarabağ" görüşünün hakimləri açıqlanıb
- Atletlərimiz Avropa çempionatında 2 medal qazanıblar
- Azərbaycan futbolunda legioner limiti ləğv olunmalıdır, ya yox? - SORĞU
- İngiltərə-Serbiya matçından sonra Kosovodan UEFA-ya şikayət
- Siyasət Əsgərov: “Bu nəticəyə görə komanda adından üzr istəyirəm”