"Qarabağ" UEFA Gənclər Liqasında "Çelsi"yə məğlub olub
05.11.2025 - 17:17
"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti matçını keçirib.
Apasport.az xəbər verir ki, əsas mərhələnin IV turunda Bakıda İngiltərənin "Çelsi" kollektivini qəbul edən Ağdam təmsilçisi 0:5 hesabı ilə uduzub.
Oyun "Azərsun Arena"da keçirilib.
Qeyd edək ki, "Qarabağ" UEFA Gənclər Liqasının əsas mərhələsində daha əvvəl keçirdiyi oyunlarda "Benfika" (1:7), "Kopenhagen" (0:5) və "Atletik"ə (0:3) uduzub.
0
0