!["Qarabağ" və "Zirə"nin oyunları bir dəqiqlik sükutla başlayacaq](https://ww3.apasport.az/storage/news/2024/august/27/big/66cdbcf75bc4b66cdbcf75bc4c172475928766cdbcf75bc4966cdbcf75bc4a.jpg)
Bu həftə UEFA bayrağı altında keçiriləcək bütün oyunlar sükutla başlayacaq.
Apasport.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
İsveçli tanınmış futbol məşqçisi Sven-Yoran Erikssonun vəfatı ilə əlaqədar matçlarda bir dəqiqəlik sükut olacaq.
Bu həftə Azərbaycan təmsilçiləri "Qarabağ" və "Zirə" də avrokuboklarda cavab oyunlarına çıxacaqlar. Ağdam klubu avqustun 28-də Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasını qəbul edəcək.
İlk matçda zaqreblilər 3:0 hesablı qələbə qazanıblar.
Bir gün sonra isə "Zirə" meydana çıxacaq. "Qartallar" Kiprdə 0:6 hesabı ilə uduzduğu "Omoniya" ilə qarşılaşacaq.