"Qarabağ" Xorvatiya klubunu məğlub edib
16.07.2024 - 17:35
!["Qarabağ" Xorvatiya klubunu məğlub edib](https://ww3.apasport.az/storage/news/2024/july/16/big/66967710837e466967710837e5172113691266967710837e266967710837e3.jpg)
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu növbəti yoldaşlıq matçını keçirib.
Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Xorvatiya təmsilçisi "Slaven"lə qarşılaşıb.
Görüş Ağdam klubunun qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu Musa Qurbanlı rəqib qapısından keçirib.
Qeyd edək ki, "köhlən atlar" bu gün növbəti yoxlama görüşündə “Əl-Şabab” (BƏƏ) klubu ilə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da başlayacaq.
0
0