"Qarabağ" yanvarda 3 oyun KEÇİRƏCƏK
08.01.2024 - 15:06
!["Qarabağ" yanvarda 3 oyun KEÇİRƏCƏK](https://ww3.apasport.az/storage/news/2024/january/08/big/659bd85a0a63c659bd85a0a63d1704712282659bd85a0a63a659bd85a0a63b.jpg)
Qış məşq toplanışını davam etdirən "Qarabağ" yanvar ayında 3 oyuna çıxacaq.
Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, 3 oyundan 1-i yoxlama, digər 2-i isə rəsmi matçlardır.
Yoldaşlıq görüşü yanvarın 15-də "Zirə"yə qarşı keçiriləcək. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Yanvarın 23-də komanda eyni arenada "Araz Naxçıvan"ı qəbul edəcək. Ağdam komandasının "Kəpəz"lə səfər matçının vaxtı (26-28 yanvar) isə dəqiqləşdirilməyib.
Qeyd edək ki, son 2 matç Premyer Liqanın 19 və 20-ci turları çərçivəsində təşkil olunacaq.
0
0