"Qarabağ" yoldaşlıq görüşündə də acımadı
09.01.2025 - 16:16
!["Qarabağ" yoldaşlıq görüşündə də acımadı](https://ww3.apasport.az/storage/news/2025/january/09/big/677fba0267f22677fba0267f231736423938677fba0267f16677fba0267f21.jpg)
Bu gün "Qarabağ" və "Kəpəz" qış təlim-məşq toplanışları çərçivəsində ilk yoxlama oyunlarını keçiriblər.
Apasport.az xəbər verir ki, komandalar "Azersun Arena"da qarşılaşıblar.
Görüş Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyun azarkeşlər üçün qapalı keçirilib.
Qeyd edək ki, "Qarabağ" Misli Premyer Liqasının cari mövsümünün ilk yarısını qış çempionu kimi başa vurub. "Kəpəz" isə sıralamada 11 xalla 9-cudur.
0
0