Azərbaycanı avrokuboklarda təmsil edəcək "Qarabağ" və "Zirə" komandaları bu gün yoxlama oyununda üz-üzə gəliblər.
Apasport.az xəbər verir ki, "Azersun Arena"da keçiriləcək qarşılaşma 18:00-da start götürüb.
Görüş Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.
"Zirə" isə Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Hayduk"un müqavimətini qırmağa çalışacaq. İlk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da keçiriləcək. Komandalar arasında cavab görüşü iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.
Yoldaşlıq görüşü
18:00. "Qarabağ" - "Zirə" - 4:0
- ABL: Son turda daha bir oyun baş tutacaq
- Hikmət Səmədov Dünya Taekvondo Federasiyasının Baş Assambleyasında iştirak edib - FOTO
- Qadın boksçularımız Millətlər kubokunda mübarizəyə başlayırlar
- “Naxçıvan”ın baş məşqçisi: “Yerli oyunçularımız yaxşı çıxış etdilər”
- Gimnastlarımız Dünya Kubokunda 4 medal qazanıblar