
Misli Premyer Liqasının III turunun “Turan Tovuz”la təxirə salınan oyunu Bədavi Hüseynov üçün əlamətdar olub.
Apasport.az saytı xəbər verir ki, 31 yaşlı müdafiəçi “Qarabağ”ın heyətində çempionatda 200-cü matçına çıxıb.
Hüseynov Ağdam klubunun heyətində 2012/13 mövsümündə debüt edib. O, 200 oyunda 4 qola imza atıb. Müdafiəçi üç gün öncə daha bir yubileyini qeyd edib. XIII tur Bədavinin “Qarabağ”da bütün turnirlər nəzərə alınmaqla 300-cü matçı idi.
Hüseynov “Qarabağ”ın tarixinə Azərbaycan çempionatlarında 200 və daha çox görüşə çıxan 12-ci futbolçu kimi düşüb. Ona qədər 11 oyunçu buna nail olub.
- "Kəpəz"in qolkiperi: “Qismət Alıyevin zərbəsini xilas etmək çox çətin idi” - MÜSAHİBƏ
- Juninyo: “Braqa” ilə matçlar nə biz, nə də rəqib üçün asan keçəcək"
- Arif Əsədov: “Neftçi” “Qarabağ”la mübarizə aparmağa hazır deyil”
- Hakim Ziyeşə Səudiyyə Ərəbistanından təklif
- Ellardays: “Qvardiola məndən güclü deyil”